Dağlıq Qarabağdan olan məktəblilərlə Şəmkirdə sülh oyunu - VİDEO

Aprelin 5 də Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının 5 məktəbli üzvü ilə şahmat üzrə dünya çempionu Maqnus Karlsen arasında Şəmkir rayonunda şahmat sülh naminə oyunu keçirildi.

Yarışdan əvvəl məktəblilər Şəmkirdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər. Abidə önünə gül dəstələri qoydular. Sonra Heydər Əliyev Mərkəzində yarışa start verildi.

Yarışdan sonra uşaqlar Karlsenə arzularını çatdırdılar və onunla şəkil çəkdirib imzasını aldılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31