XİN-in rəhbər heyəti Cocuq Mərcanlıya səfər edib
2019-cu ilin 4 aprel tarixində Xarici İşlər Nazirliyinin rəhbər heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib
4 Aprel 2019 17:51 Sosial2019-cu ilin 4 aprel tarixində Xarici İşlər Nazirliyinin rəhbər heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib. XİN-dən "Olaylar"a bilrilib ki, Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd olunduğu cari ildə həyata keçirilən bu səfərin əsas məqsədi 2016-cı ilin aprel döyüşlərinin ildönümündə düşmən işğalından azad edilmiş ərazilərimizə baş çəkmək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinim N saylı hərbi hissəsinin əsgər və zabit heyəti ilə görüşmək, eləcə də Cocuq Mərcanlı kəndində aparılmış abadlıq işləri və təmin edilmiş təhlükəsizlik vəziyyəti ilə yaxından tanışlıq olmaqdır. Səfərdə Xarici İşlər Nazirliyinin nazir müavinləri Ramiz Həsənov və Nadir Hüseynovun rəhbərliyi altında xüsusi tapşırıqlar üzrə səfirlərdən və struktur bölmə rəhbərlərindən ibarət nümayəndə heyəti iştirak edib.
Səfər çərçivəsində Fizuli rayonunun Horadiz şəhərində Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə qarşısında əklil qoyulmuş, Cəbrayıl rayonu icra hakimiyyətinin iştirakı ilə Cocuq Mərcanlı kəndinin sakinləri ilə görüş keçirilmiş, Cocuq Mərcanlı məscidinə baş çəkilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgər və zabit heyəti ilə görüş keçirilib. Həmçinin, Aprel zəfərinin ildönümü ilə əlaqədar şəhidlərimizin xatirəsinə ağac əkilib.