Gənclər Birliyi üzvləri Fərxi Fərmanla təltif olunub
4 Aprel 2019 16:42 SosialYAP Pirallahı rayon təşkilatı GənclərBirliyinin III Konfransı keçirilib.
Olaylar.az xəbər verir ki, YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin hesabat dövrü ərzində fəaliyyəti ilə bağlı video-çarxın nümayişindən sonra Konfrans iştirakçılarını salamlayan YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd edib ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıfır. "Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Partiyamız gənclərin fəallığını təmin etmək, onların öz bilik və bacarıqlarını üzə çıxarmaq, bütövlükdə özlərini ifadə etmək üçün bütün imkanları yaradır".
Konfransın gündəliyi oxunduqdan sonra səsvermə yolu ilə təsdiq olunub. Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşı Əhmədov Rüfət Elmar oğlu sədr, Həşimov Elturan Rauf oğlu və Qəribli Aysel Akif qızı səsvermə yolu ilə sədr müavinləri seçiliblər.
Konfrans partiyanın ictimai-siyasi həyatında fəallıq göstərdiklərinə görə bir qrup YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin üzvlərin Fəxri Fərmanlarla təltif olunması və partiya sıralarına yeni qəbul edilmiş gənclərə partiyaya üzvlük vəsiqəsinin təqdim olunması ilə yekunlaşıb.