28 May qəsəbəsinin yolları yenidən qurulur

Binəqədi rayonu üzrə yolların yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində növbəti bu cür addım 28 May qəsəbəsində atılır. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, 28 May qəsəbəsində yenidən qurulan yolların uzunluğu 1.4 km təşkil edir. Yol başlanğıcını Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 22-ci km-dən götürür.

Layihə çərçivəsində torpaq əsaslı yolun yararsız hissələri qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, yollar boyu karbonat materialı tökülərək yol yatağı layihə hündürlüyünə qaldırılaraq profilə salınıb.

Layihənin sonuncu mərhələsində tikinti norma və standartlarına uyğun olaraq hərəkətin normal təşkili üçün zəruri yol nişanları quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkilməklə yollar vətəndaşların istifadəsinə veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31