Milli Məclis martın 5-də yığışacaq

Milli Məclisin martın 5-də keçiriləcək plenar iclasının gündəliyi  müəyyənləşib."Olaylar"ın məlumatına görə, iclasın gündəliyinə 18 məsələ daxil edilib. Müzakirəyə çıxarılacaq məsələlər İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman)  2018-ci ilin illik məruzəsi haqqında; "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (III oxunuş); "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (III oxunuş); Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (III oxunuş); "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında  (III oxunuş); "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (III oxunuş);  Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında və digər qanunu layihələrindən ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31