Ötən il sahibkarlara 160 milyon manatdan çox güzəştli kredit verilib
28 Fevral 2019 12:20 Sosial2018-ci ilin yekunlarına əsasən Azərbaycanda təxminən 1000 sahibkarlıq subyektinə 160,2 milyon manat həcmində güzəştli kredit verilib. "Olaylar" xəbər verir ki, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib. O, bildirib ki, bu ilin əvvəlindən isə 80-dən çox sahibkar 8 milyon manat həcmində güzəştli kredit alıb:"Verilən kreditlər əsasən kənd təsərrüfatı və emal sahəsinin inkişafına yönəldiləcək. Nəticədə yeni iş yerləri yaradılacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31