Saatlı sakinləri Əli Kərimlini qəbul etmədi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin ölkədə xaos, anarxiya yaratmaq cəhdləri və dövlətçilik əleyhinə fəaliyyəti doğulub boya başa çatdığı Saatlı ictimaiyyəti tərəfindən də qəbul edilmir. "OLAYLAR"-a daxil olan məlumata görə, partiya sədrinin bu günlərdə rayondakı hüzr mərasimində iştirakı zamanı yaşanan hadisə belə deməyə əsas verir. Belə ki, bir neçə gün əvvəl  Əli Kərimli əmisi qızının yas mərasimində iştirak etmək üçün Saatlı rayonuna gedib. Mərasimin keçirildiyi mıəkana daxil olarkən orada olan insanlar Kərimliyə etiraz əlaməti olaraq mərasim çadırını tərk ediblər. Yaranmış vəziyyətdən xoş olmayan Kərimli qısa müddət sonra mərasimi tərk edib.

Göründüyü kimi, Əli Kərimliyə doğma el-obası, kəndində belə hörmət etmirlər. O zaman ölkə vətəndaşları ona nə hörmət etsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31