Gültəkin Hacıbəyli keçmiş qayınanasını necə müflisləşdirib?
28 Fevral 2019 12:15 SosialSabiq millət vəkili, bir vaxtlar AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü olan Gültəkin Hacıbəyli barədə yeni faktlar üzə çıxıb. Redaksiyamıza daxil olan məlumatlardan belə anlaşılıb ki, Gültəkin Hacıbəyli yalnız siyasi müstəvidə deyil, eyni zamanda ailə-məişət zəminində də xəyanətlərdən yan keçməyib. Belə ki, sabiq millət vəkili hələ ailəli olan zaman qaynanası Nəhayət Məmmədovadan mənzilini təmir etdirmək, evinə mebel almaq üçün 50 min dollar borc alıb. Lakin sonradan Gültəkin Hacıbəyli qaynanasından aldığı borcu qaytarmaq barədə düşünməyib. Dəfələrlə Nəhayət Məmmədova sabiq millət vəkilinə verdiyi borcun geri qaytarılmasını tələb etsə də, lakin xanım Hacıbəyli pulu qaytarmayıb. Məcburiyyət qarşısında qalan Nəhayət Məmmədova problemi hüquqi müstəvidə həll etmək qərarına gələrək məhkəməyə müraciət edib. Beləliklə, məhkəmə Gültəkin Hacıbəyliyə məxsus iki avtomobilə Lexus LX 570 10 VU 003 və Toyota Avalon 10 KV 003 Nəhayət Məmmədovanın vəsatəti əsasında həbs qoyub.
Qeyd edək ki, Gültəkin Hacıbəyliyə məxsus həmin mənzil 2003-cü ildə hakimiyyət tərəfindən ona hədiyyə edilib. Söhbət Səməd Vurğun küçəsi ev 92A ünvanda yerləşən 12 saylı mənzildən gedir