Gender bərabərliyinə dair qanunvericilik gənclər arasında təbliğ edilib
28 Fevral 2019 11:34 Sosial"Qadın və Gənc Ailələrin Sosial İnkişafı" İctimai Birliyi və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gender bərabərliyinə dair qanunvericiliyin gənclər arasında təbliği!" layihəsi uğurla sona çatıb. "OLAYLAR"-a İctimai Birlikdən bildirilib ki, layihənin əsas məqsədi regionlarda gənclər və gənc qadınlar üçün gender bərabərliyinə dair qanunvericiliyin təbliği və bu maarifləndirmə işini təşkil etməklə cəmiyyətdə gender bərabərliyinin inkişafına nail olmaqdan ibarətdir.
Layihənin rəhbəri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən, layihə üç ay müddətində Xaçmaz və Şabran rayonlarında həyata keçirildi. Ümumilikdə doqquz təlimi əhatə edən, 3 ay müddətində davam edəcək layihəyə 180 nəfər 15-29 yaşları əhatə edən gənclər cəlb olundu. əsasən yuxarı sinif şagirdlərindən ibarət olan təlimlər rayonların orta ümumtəhsil məktəblərində və peşə liseylərində keçirildi.Layihəni maraqla qarşılayan gənclər gender bərabərliyinə dair qanunvericiliklə baglı maarifləndirildilər. Layihənin davamlılığını təmin etmək məqsədilə, təşkilat təlim iştirakçıları və layihənin ekspert qrupundan ibarət şəbəkə yaradıldı və bu şəbəkədə maarifləndirmə işləri davam etdiriləcək.