Məktəblilərimiz Beynəlxalq Qış Kompüter Məktəbində
28 Fevral 2019 11:31 SosialAzərbaycan məktəbliləri Rusiya Federasiyasının Moskva şəhərində keçirilən Beynəlxalq Qış Kompüter Məktəbində iştirak edirlər. "OLAYLAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 4-11 avqust tarixlərində Bakıda keçiriləcək 31-ci Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq çərçivəsində baş tutan səfərdə ölkəmizi 1 rəhbər və 6 şagird təmsil edir. Məktəblilərimiz dünya ölkələrindən gələn həmyaşıdları ilə birgə beynəlxalq mütəxəssislərin dərslərini dinləyir və müxtəlif yarışlarda iştirak edirlər.
İnformatika fənni üzrə azərbaycanlı şagirdlərin beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telecom"un Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirilir.
Beynəlxalq Qış Kompüter Məktəbi martın 6-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31