Parlament komissiyasına sədr və katib seçildi
27 Fevral 2019 16:34 SosialMilli Məclisin yenidən formalaşdırılmış Hesablayıcı komissiyasının sədrinin və katibinin adına aydınlıq gətirilib. Məlumata görə, Komissiya üzvlərinin iştirakı ilə keçirilən iclasda Fəttah Heydərov yenidən sədr, Sədaqət Vəliyeva isə katib seçilib. Xatırladaq ki, fevralın 1-də Milli Məclisin plenar iclasında Hesablayıcı komissiyanın yeni tərkibi seçilib. Hesablayıcı komissiyasının tərkibinə Fəttah Heydərov, Sədaqət Vəliyeva, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc və Mixail Zabelin daxil edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31