"Dövlət üçün vətəndaşın rifahı hər şeydən öncə gəlir"

Olaylar.az Atlas Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmrəliyevin Dövlət başçısının, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı sərancamla bağlı fikirlərini öyrənib.

O qeyd edib ki, Prezident İlham Əliyevin əhalinin sosial rifahının yaxşılaşmasına yönəlmiş ard-arda sərancamları dövlətin öz vətandaşının yanında olduğunu bir daha sübut etdi: "Ölkəmizdə valideyn himayəsindən məhrum olmuş uşaqlar, müharibə veteranları, təqaüdçülər və.s şəxslər bu sərəncamlardan faydalana bildi.

Dövlət başçısının bu addımı ölkədə yoxsulluğun azaldılmasına yönəlmiş mühüm addımdır. Problemli kreditlərin həlli ilə bağlı səslənən müsbət fikirlər bu məsələdən əziyyət çəkən əhalinin sevincinə səbəb oldu. 

Həyata keçirilən islahatlar yaxın zamanda öz bəhrəsini verəcək. Görünən odur ki, Azərbaycanda yoxsulluğun azaldılması isdiqamətində mühüm irəliləmələr əldə ediləcək. Dövlət üçün vətəndaşının rifahı hər şeydən öncə gəlir. Ölkədə xalq-iqtidar münasibətlərinin sağlam təməllər üzərində qurulması cənab prezidentin yeritdiyi siyasətin əsasını təşkil edir. Bu islahatlar bütün gücü ilə il ərzində davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31