Azərbaycanlı istifadəçilər kiber hücumlardan nə dərəcədə məlumatlıdır?- Təhlil

Əsrimiz informasiya kommunikasiya texnologiyaları əsri olsa da, lakin bu texnologiyaların da əksər hallarda həyatımıza, yaşam tərzimizə mənfi təsirləri olur. İnternetin imkanlarından istifadə etməklə artan kiber hücumları da məhz bu kateqoriyadan hesab etmək olar. Bu gün kiberhücumlar elə bir səviyyəyə gəlib çatıb ki, hətta bir dövlət digər bir dövlətin strukturlarına, strateji obyektlərinə, dövlət qurumlarına kiber hücumlar təşkil edə bilir, ona məxsus məxfi məlumatları ələ keçirir. Eyni zamanda seçki prosesi zamanı da kiber hücumlardan istifadə edilir. Elə Birləşmiş Ştatlarda keçirilən son prezident seçkiləri zamanı Rusiyanın kiber hucum vasitəsilə Amerikada keçirilən seçkilərin nəticələrinə təsir etdiyi barədə yayılan xəbərlər də təsadüfi deyildi. Düzdür, rəsmi Moskva bunu ciddi şəkildə təkzib etsə də, lakin Birləşmiş Ştatlar kəşfiyyatı Rusiyanın belə bir hücumda bulunduğunu israrla qeyd edirdi.

Bu gün dünyada kiber hücum sahəsində ən qabaqcıl ölkələrdən biri Çin Xalq Respublikası hesab olunur. Davamlı olaraq Çin hakerlərinin Birləşmiş Ştatların hərbi sisteminə müdaxilə etməsi barədə yayılan xəbərlər belə deməyə əsas verir. Azərbaycanda qlobal dünyanın bir üzvü olduğu üçün hər bir tendensiyanın ölkəmizə təsirir qaçılmazdır. Etiraf etmək lazımdır ki, Azərbaycana qarşı da müəyyən maraqlı dairələr tərəfindən kiberhücumların olduğu barədə mütəmadi olaraq xəbərlər eşidirik. Bəa görəsən Azərbaycandan olan istifadəçilər kiber hücumlara qarşı nə kimi adekvat addımlar atırlar?

Məlumat üçün qeyd edək ki ,Azərbaycanda istifadəçilərin böyük hissəsi, 74 faizi etiraf edib ki, kibertəhlükəsizlik məsələlərində məlumatlı olmasalar da, antivirus proqramları quraşdırmaqda elə də maraqlı deyillər. Bu məlumatlar Azərbaycanda "Kaspersky Lab" tərəfindən fərdi istifadəçilər arasında keçirilən araşdırma zamanı əldə edilib.

"Kaspersky Lab" şirkətinin məlumatına əsasən, 2018-ci ildə hər ikinci azərbaycanlı istifadəçi (50,1%) müxtəlif növ lokal təhlükələrlə rastlaşıb, 36%-i isə internetdə hücumlara məruz qalıb. Bütün bunlara baxmayaraq, istifadəçilərin yarıdan çoxu evdə istifadə olunan cihazlarına antivirus quraşdırmaqda maraqlı deyillər. Kibertəhlükəsizliyi təmin etmək üçün respondentlərin 76 faizi şəxsi konfidensial məlumatlarını qorumaq və onlara vahid çıxışa sahib olmaq istədiklərini bildiriblər. Bundan başqa, sorğu iştirakçılarının 68 faizi qeyd edib ki, özləri və ailələri üçün internetdən təhlükəsiz  istifadə ilə bağlı sadə və başa düşülən materiallardan istifadə etməkdə maraqlıdırlar. Ailə üzvlərinin lokasiyasını müəyyən edən tətbiqdən istifadə haqqında söhbət düşdükdə isə, respondentlər cavablarına görə iki bərabər qrupa bölünüblər.

Mobil cihazlardan istifadə zamanı Azərbaycanda istifadəçilərin 62 faizi böyük məmnuniyyətlə, bezdirici kontenti, daha dəqiq desək, aruzolunmaz ismarıcları, spam, banner reklamlarını bloka atmaq istədiklərini bildirib. 60 faiz respondent isə öz mobil operatorlarından ödənişli abunəliklərlə bağlı əvvəlcədən xəbərdarlıq almaq istəyir.

"Ünsiyyət, alış-veriş, məzuniyyətin planlaşdırılması, sevimli yeni və köhnə film axşamları, oyunlar və musiqi, son dövrlərdə isə ev üçün müxtəlif cihaz və sistemlərin idarəedilməsi - bütün bunlar artıq internet və digər rəqəmsal həllər sayəsindəhər zaman əlçatandır. Cinayətkarların pis niyətlərinə görə biz özümüzü bu rahatlıqlardan məhrum etməli deyilik. Bir çox hallarda istifadəçilər öz rəqəmsal cihazlarının təhlükəsizliyinə nəzarət edə bilərlər: sistem tərəfindən qoyulmuş şifrələri etibarlı şifrələrlə əvəz etmək, daha ayıq-sayıq davranmaq və mütləq şəkildə bütün cihazlarda müasir müdafiə həllərindən istifadə etmək lazımdır. Biz isə öz növbəmizdə kibertəhlükələr landşaftındakı dəyişiklikləri ciddi şəkildə izləyir və kibercinayətkarların qarşısını almaq, yeni ağıllı sistemləri və istifadəçiləri qorumaq üçün əlimizdən gələni edirik", - deyə "Kaspersky Lab" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

*Araşdırma "Kaspersky Lab" şirkətinin sifarişi ilə ERA şirkəti tərəfindən 2018-ci ildə keçirilib. Fərdi müsahibələr zamanı Azərbaycandan 18-65 yaş aralığında 300 aktiv internet istifadəçisisorğuya alınıb.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31