Bakıda restoran sahibi evində ölü tapıldı

Bakıda məşhur ailə restoranı olan "Şır-Şır"da iaşə obyektinin sahibi Elbrus Hüseynovun meyiti tapılıb.

Sputnik Azərbaycan  xəbər verir ki, məlumat Binəqədi Rayon Polis İdarəsindən alınıb.

Mənbəyə əsasən, Hüseynovun cəsədində zorakılıq əlamətləri aşkarlanmayıb. İlkin araşdırmaların nəticələrinə görə, restoran sahibi onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Araşdırma davam etdirilir.

Mərhumun yaxlnlarının bildirdiyinə görə, E.Hüseynov öz evində insultdan keçinib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31