Kiçik Həmzənin dramı: Uşaq heç nədən xəbərsiz əylənir – Anası isə…
7 Yanvar 2019 06:05 SosialTürkiyənin Bursa şəhərində üstündə məktub olan və anası tərəfindən tərk edilmiş uşaq tapılıb.
Teleqraf.com xəbər verir ki, anası uşağı şəhərdəki ticarət mərkəzlərindən birində tərk edib.
Anasının yoxa çıxmasından xəbərdar olan uşağın ağlaması polisin diqqətini çəkib. Bir müddət ananı axtaran polislər uşağın üzərindən məktub tapıblar. Məktubda uşağın adı Həmzə, anasının adı isə Qəmzə olaraq qeyd edilib.
Ana məktubda yazır: "Çox pis vəziyyətdəydim, uşağa baxacaq imkanım yoxdur. Yeganə çıxış yolum bu idi. Təkbaşına bu qədərini edə bildim. Özümə də baxa bilmirəm, buna görə uşağımı da peşiman etmək istəmirəm".
Kiçik Həmzə isə polisin ona xoş davranmasıyla baş verənlərdən xəbərsiz şəkildə əylənməyə çalışırdı.
Polis uşağın anasını axtarır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31