Azərbaycanlı xanım Mənsur Şərifə milyon dollarlıq maşın hədiyyə etdi – Foto (Açıqlama)

"Maşın şou"dan səs toplaya bilməyərək ayrılan tanınmış vayner-aktyor Mənsur Şərifə bahalı avtomobil hədiyyə edilib.

Kaliforniyada yaşayan və "Pagani" avtomobil şirkətinin sahibi olan azərbaycanlı Ulmila xanım Mənsur Şərifin "Maşın şou"da çıxdığı dueldə səs toplaya bilməyərək ayrılmasına biganə qalmayıb və ona jest edib. O, Mənsura 2.8 milyon qiyməti olan "Pagani-Narcia" maşını hədiyyə etdiyini açıqlayıb.

Ulmila adlı xanım "Bu maşın sənindir. İstədiyin zaman avtomobili sənə göndərə bilərəm, yarışmanın tək qalibi sənsən" - sözlərini deyib.

***

Videobloqer Mənsur Şərifə avtomobil hədiyyə verilməsi ilə bağlı xəbərlərə reaksiya verib. O, həmin xəbəri paylaşaraq yarı zarafat, yarı ciddi "da bu qədər də yox da" sözlərini yazıb. Vayner məlumatı inkar və təsdiq də etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31