56 yaşlı kişi özündən 20 yaş kiçik arvadını və qızını öldürdü, sonra... - Qandonduran HADİSƏ

Rusiyanın Samara şəhərinin sakini arvadını və 2 yaşlı qızını öldürdükdən sonra intihar edib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisəylə bağlı cinayət işi açılıb.

İstintaq idarəsinin məlumatına görə, 56 yaşlı kişi və 36 yaşlı həyat yoldaşının, həmçinin uşağın cəsədi yaşadıqları evdə tapılıb. Qapı içəridən bağlı olub.

Hazırda hadisənin təfərrüatları araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31