Restoranda masaya gətirilən suşi canlandı - VİDEO

 

Yaponiyada bir sosisal şəbəkə istifadəçisi "Canlı suşinin acıları" adlı video çarx paylaşıb.

"Ölkə.az" bildirir ki, video çarx qısa müddətə çox böyük marağa səbəb olub.

30 saniyəlik video çarx Tvitterə yüklənib. Bir sosial şəbəkə istifadəçisi tərəfindən lentə alınan kadrlarda restoranda masaya gətirilən istridyənin canlı olub hərəkət etdiyi görünür. Canlı istridyəni görən uşaqlar isə çubuqla onunla oynamağa başlayırlar.


Restoranda masaya gətirilən suşi canlandı
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31