11 oktyabr - Beynəlxalq Qızlar Günüdür
11 Oktyabr 2018 10:07 SosialBu gün bütün dünya Beynəlxalq Qızlar gününü qeyd edir.
BAKU.WS xəbər verir ki, bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.
BMT Baş Assambleyasının qərarı ilə 2013-cü ildə "Beynəlxalq Qızlar Günü" elan edilib.
Qeyd edək ki, Azərbaycanda doğulanların 47 faizi qızlardı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31