“Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib

Oktyabrın 10-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və  İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İmişli rayonunda "Şəhidlik  mənəvi dəyər kimi" mövzusunda seminar-treninq keçirilib. "OLAYLAR"-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov İmişli rayonunda dini-mənəvi dəyərlərin təbliği və bu sahədə görülən işlər barədə məlumat verib.
Seminar-treninqdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev Fondun yaranması və fəaliyyəti  haqqında məruzə ilə çıxış edib. C.Əliyev Prezident İlham Əliyevin  Fərmanı ilə Fondun yaradılmasından bir il ötdüyünü qeyd edərək ötən  müddət ərzində həyata keçirilmiş işlər haqqında da dinləyiciləri 
məlumatlandırıb. Seminar-treninqin mövzusu ilə bağlı fikirlərini bölüşən  icraçı direktor müavini şəhidliyin xalqımızın milli-mənəvi dəyərlər 
sistemindəki yeri haqqında da danışıb.
Tədbirdə çıxış edən ilahiyyatçı ekspert Rövşən Nəzərov şəhidliyin İslam dinindəki mahiyyəti haqqında məruzə edib. Ekspert dini maarifləndirmə və radikalizmlə mübarizənin əhəmiyyətindən də bəhs edib.
Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi  Adıgözəl Bəşirov İslam dinində şəhidlik, eləcə də Məhərrəmlik ayı bağlı 
öz fikirlərini bölüşüb. Tədbirin yekununda iştirakçılarla fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31