Aİİ fəaliyyətinin ilkin nəticələri ilə bağlı mətbuat açıqlaması verəcək
10 Oktyabr 2018 14:33 SosialAzərbaycan İlahiyyat İnstitutu (Aİİ) fəaliyyətinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirməyi planlaşdırır. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, oktyabrın 24-də keçirilməsi planlaşdırılan mətbuat konfransında bütün media qurumlarının iştirakı nəzərdə tutulub. Konfransda Aİİ-nin təsis edildiyi vaxtdan bu günə qədər olan fəaliyyəti, ilk tədris ilinə hazırlığı, reallaşdırdığı layihələr və gələcək perspektivləri barədə məlumat veriləcək.
Qeyd edək ki, Aİİ 2018-2019-cu tədris ilində fəaliyyətinə İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə başlayıb. İnstitutda dünya standartlarına cavab verən yüksək təhsilin verilməsi üçün zəruri olan tələblər yerinə yetirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31