Bakıda şagirdləri "bibər" qazından zəhərlənən məktəbdən AÇIQLAMA
10 Oktyabr 2018 12:58 SosialBakıda şagirdlər gözyaşardıcı qazdan zəhərlənib.
Hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Xanməmmədov küçəsi, 3 ünvanında 76 saylı tam orta məktəbdə baş verib.
Məktəbdən hadisə ilə bağlı Trend-ə bildiriblər ki, 6-cı sinif şagirdi məktəbə gözyaşardıcı qaz gətirib. Tənəffüs zamanı şagird qazı buraxıb, nəticədə bir neçə şagird qazdan zəhərlənib.
Hadisə yerinə təcili tibbi yardım və hüquq-mühafizə orqanları cəlb olunub.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31