Birinci adamın müqəddəsinə söyürlər... - Vasif İsmayılın yazısı

Bundan 5 gün əvvəl UFC-nin Həbib Nurməhəmmədov-Konnor Makqreqor döyüşü sonrasında Həbibin qarşı tərəfin sekundantına hücum çəkməsinin səbəbi bilindi.

Denis deyilən sekundant Həbibi Lənətə gəlmiş müsəlman siçovul deyə təhqir edibmiş.

Denis əməlli gicdir.

Ümumiyyətlə MMA gic bir məşğuliyyətdir.

İnsan özündə nəyi qabardarsa, birinci ona hücum çəkərlər.

Birinci adamın müqəddəsinə söyərlər.

Birisi yaxşı saç düzümü ilə lovğalansa, ona ediləcək ilk təhqir xoruz pipiyi olacaq, məsələn.

Həbib bu məsələdə zərərçəkəndir. İdman etikası zad deyib qarşı çıxmayın. MMA amerikan güləşi kimi tamaşadır. Döyüşdən sonra oktaqonun üstündən hoppanıb tamaşaçılar arasına yumruqlarını sallayaraq soxulmaq bu tamaşanın bir parçasıdır.

Amma dini inancı özünün bir brendi halına gətirəndə, düşmənlər də ilk ona hücum çəkirlər.

Həbib atasını da hər yerdə ucaldır. Atasına da söydülər.

Məhəmməd əli Ulduzlar xiyabanında adının yerə vurulmasına etiraz etmişdi deyə onun adını ulduzun içində divara vurmuşdular. İndiyə qədər onun müqəddəsinə kiminsə söydüyünü eşitməmişəm.

Çünki qabartmırdı.

musavat

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31