Heydər Əliyev prospektində DƏHŞƏTLİ QƏZA: avtomobil tunelə düşdü - FOTO/VİDEO
4 Oktyabr 2018 10:55 SosialBu gün səhər saatlarında Yusif Səfərov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində dəhşətli avtomobil qəzası baş verib.
Hadisə şahidlərinin Publika.az-a verdiyi məlumata görə, Babək prospektindən şəhər istiqamətinə hərəkət edən "Kia Cerato" markalı avtomobil Yusif Səfərov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsindəki tuneldə bardürü aşıraraq tunelə düşüb.
Şahidlərin sözlərinə görə, avtomobildə sürücüdən başqa heç kim olmayıb. O, sərnişinlərin köməyi ilə maşından çıxarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31