“Hyundai” maneələri aşaraq Bakı bulvarının mərkəzinə girdi - FOTO
4 Oktyabr 2018 01:25 SosialBakıda Milli park (Dənizkənarı bulvar) ərazisində qeyri-adi hadisə baş verib.
"Hyundai" markalı avtomobil bir neçə ağac və bordyura çırpılaraq gözlənilmədən bulvarın mərkəzinə daxil olub.
Ceyhun Abdulla adlı istifadəçi sosial şəbəkələrdə yazır ki, maşında oğlan və qız olub. Maşının sürücü bildirib ki, o, pedalları səhv saldığı üçün əyləc əvəzinə qaz pedalını sıxıb.
Bulvarın mühafizəçiləri hadisə yerinə Yol Polisi əməkdaşlarını çağırıblar.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31