Keçən ay “ASAN xidmət” vasitəsi ilə “Azərişıq” ASC-yə 24 minə yaxın müraciət edilib
3 Oktyabr 2018 14:49 Sosial"Azərişıq" ASC-nin "ASAN xidmət" vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlərə Səhmdar Cəmiyyətin elektron xəritəsinin inteqrasiya edilməsi sentyabr ayında edilən müraciətlərin sayının nəzərə çarpacaq dərəcədə artmasına səbəb olub. "OLAYLAR"-a qurumun ictimaiyyətlə əlaqələr şöbəsiədn bildirilib ki, artıq elektron xəritə vasitəsi ilə əhali və qeyri-əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması prosesini daha da asanlaşıb. İndi "ASAN kommunal" və "ASAN xidmət" mərkəzinə müraciət daxil olan kimi əraziyə getmədən, yerindəcə elektron xəritədə dərhal evin, yaxud obyektin məkanı, ona ən yaxın məsafədəki güc mənbəyi müəyyənləşdirilir və qoşulma haqqı ödənilməklə sənədləşdirmə işi daha tez formada həyata keçirilir.
Bu səbəbdəndir ki, "Azərişıq" ASC-nin göstərdiyi 13 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün 282 sahibkar, evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün isə 4084 vətəndaş müraciət edib. İstehlakçıların balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi xidməti üçün 331 sahibkar "ASAN xidmət" mərkəzlərinə üz tutub.