Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi uzadıldı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi oktyabrın 15-dək uzadılıb. Bu barədə məlumat "OLAYLAR"-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən daxil olub. Bildirilib ki,  üzrlü səbəbdən (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) övladını qeydiyyatdan keçirə bilməyən valideynlər bu müddət ərzində www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə oktyabrın 16-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək. 

-language:en-uschr("39")> 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31