“Ən sağlam qida” adlı müsabiqə elan edilib
3 Oktyabr 2018 14:44 Sosial16 oktyabr - Dünya Qida Günü ilə əlaqədar "Ən sağlam qida" adlı müsabiqə elan edilib. "OLAYLAR" Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, müsabiqədə iştirak etmək üçün gün ərzində istifadə edilən və sağlam hesab olunan qida məhsulunun şəklini çəkib rəy bölməsində paylaşmaq lazımdır. Sonda izləyicilərimiz tərəfindən ən çox bəyənilən ("like" edilən) şəkil müsabiqənin qalibi olacaq.
Qalib "Sağlam qida səbəti" hədiyyəsini qazanacaq.
Müsabiqə 1 oktyabr saat 12:00-dan 16 oktyabr 12:00-a qədər davam edəcək.
Qeyd edək ki, müsabiqəyə bir şəxsdən yalnız bir şəkil qəbul olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31