BMU-da “Azərbaycan Beynəlxalq Nəqliyyat sistemində: Hədəflər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilir
2 Oktyabr 2018 17:47 SosialAzərbaycan Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə "Azərbaycan Beynəlxalq Nəqliyyat sistemində: Hədəflər və perspektivlər" mövzusunda elmi-praktik konfrans öz işinə başlayıb. Konfransa yerli alimlərlə yanaşı xarici ölkələrdən də məqalələr göndərilib.
Konfrans iştirakçıları açılış mərasimindən öncə universitetdə yaradılmış Heydər Əliyev guşəsini ziyarət edərək hörmət və ehtiramlarını bildiriblər. Konfransın açılış mərasimində Azərbaycan ictimaiyyətinin nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən logistika mərkəzlərinin rəhbərləri, bu sahədə tanınmış alimlər və mütəxəssislərlə yanaşı dünyada logistika sahəsində tanınmış universitetlərin alimləri də iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən universitetin rektoru, professor Havar Məmmədov konfrans iştirakçılarını salamlayıb və ölkəmizdə logistika sahəsində görülən işlərdən və bu baxımdan konfransın əhəmiyyətindən danışıb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan logistika layihələrinin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və onun nəticələrinin iqtisadiyyatımıza olan töhvələrindən danışıb.