Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun vakansiya elan edir
2 Oktyabr 2018 16:55 SosialAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunda yüksək məvacibli vakant vəzifələrin tutulması üçün müsahibə elan olunur. Bu barədə məlumat "OLAYLAR"-a Qida Təhlükəsizliyi Agentliyinin informasiya təminatı və innovativ həllər şöbəsindən daxil olub. Bildirilib ki, müsahibədə təcrübəli, peşəkar hüquqşünaslar, insan resursları və informasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər iştirak edə bilərlər.
Müraciət etmək istəyən namizədlər 02.10.2018-ci il tarixindən 01.11.2018-ci il tarixinədək Qida Təhlükəsizliyi İnstitutuna müraciət edə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31