Qida məhsulunu seçərkən nəyə diqqət etmək lazımdır?
2 Oktyabr 2018 15:07 SosialQida məhsulunu seçərkən diqqət yetirilməsi lazım olan əsas məsələlərdən biri məhsulun üzərində qeyd edilən yazıdır. Qida Təhlükəsizliyi Agentliyindən "OLAYLAR"-a bildirilib ki, üzərində iri hərflərlə "100% təbii", "dietik" , "+vitaminlər", "yüksək keyfiyyət" yazılmış cəlbedici paketlərə deyil, məhsulun tərkibi haqqında informasiya verən mətnə diqqət yetirmək lazımdır: "Qeyd edilən mətndə məhsulun enerji dəyəri, istehsal və son istifadə tarixi, çəkisi, saxlanma temperaturu və şəraiti, istehsalçı müəssisənin adı, ünvanı və s. bu kimi vacib məlumatlar öz əksini tapmalıdır. Məlumatların əcnəbi dillərlə yanaşı Azərbaycan dilində də olması vacib şərtdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31