Sloveniyada azərbaycanlı partizanın məzarı tapıldı

Qazaxıstandan olan şəxs 1944-cü ildə həlak olmuş sovet əsgərlərinin dəfn olunma yerini tapıb. 

Şımkentdən olanOmarbek Alibekov tapdığı məlumatların yayımlanmasını xahiş edib.

"1944-cü ildə ölən Sovet partizanlarının qardaşlıq qəbiristanlığı Sloveniyanın Spodnya İdriya bölgəsində yerləşir", - Alibekov deyib. 

Dosent orada dəfn olunan şəxslərin adını açıqlayıb:

Azərbaycanlı Mirzəcan Mirzəcanov - 1916-cı il təvəllüdlü;

Qazaxıstanlı Tuleş İrjanov - 1921-ci il təvəllüdlü;

Türkmənistanlı Arip Talimov - 1921-ci il təvəllüdlü;

Türkmənistanlı  Cumanazar Kulnazarov - 1922-ci il təvəllüdlü.

Həlak olan şəxslər Qırmızı ordunun hərbçiləri olub, Yuqoslaviyadakı 1-ci rus partizan briqadasının tərkibinə daxil idilər.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31