Faiq 6 illik fasiləyə son qoydu - Fotolar
2 Oktyabr 2018 10:16 SosialXalq artisti Faiq Ağayev altı illik fasilədən sonra yeni klip çəkdirib. "Qafqazinfo" xəbər verir ki, layihənin təqdimat mərasimi ötən gün baş tutub.
"Gözüm Dəyməsin Sənə " adlı ekran işində F. Ağayevlə yanaşı bir çox məşhurlar rol alıb. Xalq artisti Murad Dadaşov, əməkdar artistlər Rafael İsgəndərov, Coşqun Rəhimov, Tünzalə Əliyeva, şairə Nərminə Məmmədzadə, reper Ramil Nabran, Nadir Nağdpul və rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynlə kamera qarşısına keçib.
Klipin ssenarisinə uyğun olaraq xalq artisti Bakıda bir gün keçirərək bəyəndiyi bir xanımı əldə etməyə çalışır və bu prosessdə başına gülməli hadisələr gəlir.
Ekran işinin rejissoru Nail Naiboğludur. O, 8 illik arzusunu reallaşdıraraq Ağayevə klip çəkdirib. Bu barədə xalq artistinin özü məlumat verib:
"8 il rejissor Nail Naiboğlu gəlin klip çəkək deyirdi. Necə oldusa yayda saqqızımı oğurladı. Ekran işi 3 gün ərzində qızmar istilərdə çəkilib. Montaj prosesi təqribən 2 həftə çəkdi. Onu da qeyd edim ki, bu versiya hazır olana qədər 7 dəfə dəyişiklik etmişik".
.jpg)
Tədbirdə müğənni klip üçün imicini dəyişdiyini bildirib:"Bu obrazım ilk vaxtlar klip üçün düşünülmüşdü, amma sonradan çox bəyəndiyim üçün belə də qaldı. Cavanların yaraşır deməsi normaldır. Yaşlılar yaraşır deyəndə şokda oluram. 30 il ərzində saçlarımı uzatdım, qısaltdım, boyatdım və fərqli formalarda oldum. İnsan bəzən güzgüyə baxanda özü-özündən usanır. Bu illər ərzində eyni Faiq Ağayeva baxsaydınız nə olardı? Dəyişiklik xoşuma gəlir".
Bu məqamda bildirək ki, klip 27-30 iyun tarixlərində Bakıda çəkilib. Çəkiliş müddəti ümumilikdə 29 saat, klipin istehsalı isə bir ay təşkil edib.
Bəstənin sözləri Cavid Şahbazbəyova, musiqisi Nadir Nağdpula aiddir.







