“ASAN Peşə” layihəsi çərçivəsində 11017 nəfər qeydiyyatdan keçib
1 Oktyabr 2018 16:07 Sosial2018-2019-cu tədris ili üzrə "ASAN Peşə" layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu zamanı 11017 nəfər qeydiyyatdan keçib. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı təhsil nazirinin müavini Məhəbbət Vəliyeva verib. O, bildirib ki, artıq 9196 nəfər müsabiqəni müvəffəqiyyətlə keçərək peşə təhsili müəssisələrinə qəbul olunub. Qəbulun "ASAN Peşə" çərçivəsində keçirilməsi prosesin şəffaflığını artırıb, əhatə dairəsini genişləndirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31