Psixoloq: “Evlənmələrin səbəbi heç də birlik qurmaq deyil”
Ötən ilin statistikasına əsasən boşanmalar daha çox 5-10 illik evliliklərdə müşahidə olunub. Olaylar.az müasir dövrdə boşanmaların əsas səbəbi nədir və tərəflər ailələrini boşanmadan necə xilas edə bilərlər sulaı ilə psixoloq Zümrüd Əsədovaya müraciət etdi.
1 Oktyabr 2018 14:03 SosialÖtən ilin statistikasına əsasən boşanmalar daha çox 5-10 illik evliliklərdə müşahidə olunub. Olaylar.az müasir dövrdə boşanmaların əsas səbəbi nədir və tərəflər ailələrini boşanmadan necə xilas edə bilərlər sulaı ilə psixoloq Zümrüd Əsədovaya müraciət etdi.
Zümrüd Əsədovanın fikrincə, gənclərə ailənin nə olduğu, məsuliyyətin nə olduğu izah olunmalıdır. "İnsan qarşındakını həm məntiqlə, həm də duyğuları ilə seçməlidir ki, ailədə anlaşma daha keyfiyyətli olsun. İndi evlənmələrin səbəbi heç də birlik qurmaq deyil. İstifadə etməkdir."
Psixoloq Zümrüd Əsədova ailənin iş həyatı qədər önəmli və eyni şəkildə diqqət və zaman tələb etdiyini bildirir. "Ailəyə zaman ayrılmalıdır. Cütlük bir -birini dinləməli və dinləməyi öyrənməlidir. Hər iki tərəfin ehtiyacı ödənəcək bir balans tapılarsa, münasibət əlbəttdə ki, uzun ömürlü olar."