Özbəkistanın Azərbaycandakı səfiri avtomobil qəzasına düşüb
1 Oktyabr 2018 12:38 SosialÖzbəkistanın Azərbaycandakı səfiri avtomobil qəzasına düşüb.
Səfir Şerzod Fayziyev idarə etdiyi səfirliyə məxsus "Chevrolet" markalı maşınla Səbail rayonu, Teymur Elçin küçəsində qəzaya düşüb. Səfirin şəxsən idarə etdiyi avtomobil "Harley Davidson" markalı motosikletlə toqquşub.
Qəza zamanı nəqliyyat vasitələrinə ziyan dəysə də, xəsarət alan olmayıb.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31