Bakının bu prospektlərinə giriş məhdudlaşdırlır

Aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq şəhər istiqamətindən Babək prospektinə giriş qısa müddətə məhdudlaşdırılır.

Olaylar.az-in "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadən verdiyi xəbərə görə, məhdudlaşma sentyabrın 29-dan 30-na keçən gecədən etibarən və prospekt boyunca hissə-hissə tətbiq ediləcək.

"Yarana biləcək müvəqqəti narahatlığa görə, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir", - məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31