Rəqsanənin ana olması xəbəri yalan çıxdı AÇIQLAMA

Ötən gecə yerli mediada yeddi aylıq hamilə olan müğənni Rəqsanə İsmayılovanın ana olması ilə bağlı xəbərlər yayılıb. 

Olaylar.az xəbər verir ki, müğənninin meneceri Nigar bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir. 

O söyləyib ki, müğənni hazırda Rusiyada xəstəxanada həkim nəzarəti altındadır. 

Xatırladaq ki, Rəqsanə İsmayılova ana bətnində suyun qurtarması və erkən doğma riskinin olması diaqnozu ilə bir neçə gün öncə xəstəxanaya yerləşdirilib.

/Oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31