Məşhur reperin qətlinin videosu yayıldı
29 Sentyabr 2018 00:44 SosialAmerikalı reper XXXTentacion-un ölüm videosu yayılıb.
Oxu.Az xəbər verir ki, ABŞ-ın WPLG Local 10 telekanalının nümayiş etdirdiyi videoda 20 yaşlı musiqiçinin odlu silahdan qətlə yetirilməsi kadrları yer alıb.
Əsl adı Jasey Onfroy olan reper XXXTentacion xəstəxanaya aparılarkən yolda keçinib.
Reperin qətli ilə bağlı cinayət işində dörd nəfərin adı hallanır.
XXXTentacion karyerasında iki albom yazdıra bilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31