İranda spirtli içkidən kütləvi zəhərlənmə: ölənlər var

İranda spirtli içkidən kütləvi zəhərlənmə olub.

Oxu.Az ISNA-ya istinadən xəbər verir ki, hadisə ölkənin cənubunda, Bəndər-Abbas şəhərində baş verib.

Ev şəraitində hazırlanan spirtli içkidən 11 nəfər zəhərlənərək ölüb. Daha 123 nəfər xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, 52 nəfər dializə qoşulub.

Polis saxta spirtli içki hazırlayan ər-arvadı, habelə məhsulu satan şəxsi saxlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31