Nazir: “Gələn ildən pensiya təyinatının tam avtomatlaşdırılmasına keçilə bilər”
28 Sentyabr 2018 15:29 Sosial"Gələn ildən pensiya təyinatının tam avtomatlaşdırılmasına keçilə bilər". "Olaylar" xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib: "Elektronlaşdırma istiqamətində işlər aparılır. Hazırda qanunvericiliyə əsasən, işləyən pensiyaçılar altı ildən sonra işlədiyi dövr üzrə sosial sığorta haqlarını almaq hüququna malikdir. Hazırda elektronlaşdırma istiqamətində işlər aparılır. Müvafiq qanunvericlik dəyişiklikləri qəbul edildiyi təqdirdə gələn ildən pensiya təyinatının tam avtomatlaşdırılmasına keçə bilərik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31