Bitki Mühafizəsi Mərkəzinin rəisi beynəlxalq tədbirdə məruzə ilə çıxış edib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları Moldava Respublikasının Kişinyov şəhərinə səfər ediblər. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, səfərdə məqsəd Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (BMT FAO) təşkilatçılığı ilə "Avropada və Mərkəzi Asiyada pestisidlərin idarə olunması, milli və regional potensialın gücləndirilməsi" mövzusunda keçirilən seminarda iştirak etməkdir.

Seminar zamanı Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov Azərbaycan Respublikasında pestisidlərin idarə olunması və tətbiq qaydalarına dair qanunvericilik aktlarının icrası ilə bağlı görülən işlərdən danışıb, eyni zamanda Stokholm və Bazel konvensiyaları tərəfindən qarşıya qoyulan məsələlərin həlli istiqamətində görülən işlər barədə məlumat verib. Daməd Sultanov yüksək toksiki tərkibə malik pestisidlərin tətbiqi zamanı təhlükəsizlik qaydalarına əməl olunması, o cümlədən istifadə olunan pestisidlərin taralalardan yığılıb utilizasiya olunması zamanı qarşıya çıxan problemlərin həlli yolları, pestisidlərdən istifadə zamanı risklərin azaldılması istiqamətində alternativ variantların tapılması yollarının müəyyən edilməsi ilə bağlı məruzə ilə çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31