Nazirlik brakonyeri cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Kürdəmir rayonu Pirili kəndi ərazisində icazəsiz ova cəhd edən şəxs  saxlanılıb. Ondan ov tüfəngi götürülüb.

Araşdırma zamanı brakonyerin Pirili kənd sakini Şakir Hüseynov olduğu məlum olub. Faktla bağlı Ş.Hüseynov barəsində protokol tərtib olunub və inzibati qaydada 1000 manat məbləğində cərimə  tətbiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31