Kardiologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
27 Sentyabr 2018 15:24 SosialAkademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəli oğlu Baxşəliyev öz xahişi ilə tutduğu vəzifəsindən azad edilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.
Digər əmrə əsasən, Dadaşova Gülnaz Mahir qızı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin edilib.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31