Metrostansiyasının keçidində şübhəli bağlama aşkar edilib
27 Sentyabr 2018 13:30 SosialBöhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu ərazisindəki metrostansiyasının keçidində şübhəli bağlama aşkarlanması ilə bağlı məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a bildirilib ki, xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər ərazidə təhlükəsizlik tədbirləri görmüş, müvafiq qaydada bağlamaya baxış keçiriblər. Bağlamanın içində təhlükəli əşya aşkar edilməyib. Bağlama aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31