Fatimənin gözəllik salonu qarət olundu: Rəqqasə oğrunun videosunu yaydı (VİDEO)
27 Sentyabr 2018 11:53 SosialRəqqasə Fatimə Fətəliyevanın mərkəzindən oğurluq olub.
Minval.İnfo xəbər verir ki, onun Ziya Bünyadov 36 A ünvanında yerləşən gözəllik mərkəzi qarət olunub.
Bu barədə rəqqasənin özü instaqramda məlumat verib. Fatimə təhlükəsizlik kameralarında əks olunan görüntüləri paylaşaraq ona böyük bir ziyan dəydiyini bildirib: "Gecə saatlarında qarət olunub. Görüntülərdə gördüyünüz şəxs salonuma daxil olaraq, mənə böyk ziyan vurub.
Ən əsası iş üçün istifadə etdiyimiz iPad-i oğurlayıb. Orada mənim işlə bağlı bütün materiallarım var idi. Hörmətli dövlət orqanları, sizdən xahiş edirəm, təcili sürətdə bu gördüyünüz oğrunu tapın".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31