ASK işçi axtarır
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) mətbuat xidməti vəzifəsinə işçi axtarır.
26 Sentyabr 2018 14:01 SosialAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) mətbuat xidməti vəzifəsinə işçi axtarır.
Bu barədə məlumat "OLAYLAR"-a konfederasiyadan daxil olub.
Bildirilib ki, namizədlər ASK-nın yenilikləri barədə press-relizlərin yazılması və KİV-də yayılması, ASK-nın mətbu orqanı olan "Biznes Həyatı" jurnalı üçün müsahibələrin alınması və mətnlərin redaktəsi, KİV nümayəndələri ilə əlaqələrin qurulması və inkişafı, ASK-nın sosial media səhifələrinin idarə olunması, rəhbərlik üçün çıxışların yazılması və s. bilməlidir. Namizədlərin jurnalistika sahəsində ali təhsili, PR, KİV sahəsində ən azı 3 il təcrübəsi mükəmməl yazı bacarığı, KİV-lə bağlı məlumatlılığı olmalıdır. Azərbaycan və rus dillərin sərbəst biliyi, İngilis dilinin biliyi arzuolunandır.