Vətəndaşlar alternativ xidmətdən istifadəyə üstünlük verirlər
Korrupsiyaya qarşı mübarizədə cəmiyətim rolu minimum səviyyədədir
26 Sentyabr 2018 13:17 SosialKorrupsiyaya qarşı mübarizədə cəmiyətim rolu minimum səviyyədədir
Azərbaycanda korrupsiya və rüşvtxorluğa qarşı səmərəli mübarizənin aparıldığı heç kimə sirr deyil. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə milli iqtisadiyyatın liberallaşdırılması və rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, şəffaflığın daha da artırılması və azad rəqabətin tam təmin olunması, daha yüksək hədəflərə nail olmaq üçün ölkədə aparılan islahatlara, inkişaf proseslərinə mane olan neqativ halların tam aradan qaldırılması, daha çevik və keyfiyyətli idarəetməni təmin edilməsi məqsədilə ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilməkdədir. Ölkədə "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun qəbul edilib, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yaradılıb. Etiraf edilməlidir ki, sözgedən idarə korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet xətti kimi müəyyən edib və bu fəaliyyəti uğurla davam etdirməkdədir. Lakin beynəlxalq təcrübədə korrupsiyaya qarşı mübarizədə təkcə inzibati metodlar deyil, həmçinin media və vətəndaş cəmiyyətlərinin rolu xüsusi qiymətləndirilir. Elə buna gör də korrupsiya faktlarının aşkarlanması, belə faktların ictimaiyyətə doğru-düzgün çatdırılmasında onların imkanlarından geniş istifadə olunur. Təəssüf ki, Azərbaycanda korrupsiyaya qarşı yalnız ixtisaslaşmış qurumların mübarizəsi müşahidə olunur. Etiraf edək ki, dünyanın ən aparıcı dövlətlərində belə sosial bəla olan korrupsiyaya qarşı mübarizə kompleks şəkildə - yəni, bütün ictimai və dövlət idarəçilik sahələrini əhatə etməklə aparılır. Azərbaycanda isə bu istiqamətdə mübarizə tədbirləri dar çərçivədə həyata keçirilir. Çox təəssüf ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə cəmiyətim rolu minimum səviyyədədir.
Hüquqşünas Mirzə Manaflı bildirib ki, korrupsiyaya qarşı mübarizədə vətəndaşların dövlət orqanlarına etimadının təmin edilməsi mühüm şərtdir. Cəmiyyətdə bunun əksi müşahidə olunduqda insanlar alternativ xidmətlərə üz tutacaqlar. Hazırda da Azərbaycanda vətəndaşlar tərəfindən daha çox ASAN xidmət mərkəzlərinə axın var. Vətəndaşlar dövlət qurumları ilə müqayisədə daha çox alternativ xidmətdən istifadə edirlər: "Təbii ki, o insanlar ASAN xidmət mərkəzlərinə üz tutur ki, onlar bu xidmət mərkəzində qanunu tələblərini gerçəkləşdirilər. Amma faktdır ki, ölkədə qanunsuz tələblər də var və bu tələblərin ödənilməsi üçün insanlar müxtəlif yollar axtarırlar. Şübhəsiz ki, insanlar qanunsuz tələblərini ASAN xidmət mərkəzlərində reallaşdıra bilməyəcəklər. Belə halda vətəndaşlar dövlət orqanlarına üz tutmaq məcburiyyətində qalırlar. Belə halların qarşısını almaq məqsədilə ASAN xidmətlərin fəaliyyət dairəsinin genişləndirilməsinə egtiyac var. Əgər bu xidmət mərkəzləri genişləndirilib bütün respublikanı əhatə etməsə, elə ASAN xidmət mərkəzi kimi qalacaq ki, bu da korrupsiyaya qarşı mübarizədə istənilən nəticəni verməyəcək". Hüquqşünas qeyd edib ki, korrupsiyaya qarşı mübarizədə əhalinin hüquqi savadının yüksək olması əhəmiyyətli rol oynayır: "Nəzərə almaq lazımdır ki, ölkə vətəndaşlarının hamısının hüquqi biliyə eyni səviyyədə deyil. Elə bu səbədən də bəzən vətəndaşlar üçün rüşvətlə korrupsiya cinayətləri qaranlıq qalır. Hətta bəzən müvafiq qurumlar tərəfindən rüşvətlə bağlı mətbuata verilən məlumatlar korrupsiya cinayətləri kimi qiymətləndirilir. Bu səbədən vətəndaşlara aydın olmalıdır ki, korupsiya ilə rüşvətin fərqi nədən ibarətdir. Məlum olmalıdır ki, alı məktəblər və yaxud cəhiyyə müəssisələrində aşkar edilən faktlar əslində korrupsiya ilə deyil, rüşvətlə bağlıdır. Korrupsiya cinayətləri isə ictimaiyyətin, eləcə də vətəndaş cəmiyyətləri və medianın müdaxilə edib araşdıra bilməyəcəyi səviyyədə mühafizə olunur. Bu isə ilk növbədə dövlət büdcəsindən ayrılan vəsaitlərin ayrı-ayrı idarə və müəssisələr tərəfindən xərclənməsi zamanı baş verir. Yaxşı olardı ki, korrupsiya cinayətləri ilə bağlı monitorinqlər zamanı daha çox diqqət bu məsələlərər yönəldilsin. Yoxsa, hansısa mənurun 5-10 manat rüşvət almasını açıqlamaqla korrupsiyaya qarşı mübarizə aparmaq mümkün deyil. Əslində belə praktika diqqəti daha ciddi faktlardan yayındırmaq deməkdir".
Medianın bu məsələdə iştirakına gəlincə, hüquqşünas bildirib ki, korrupsiyaya qarşı mübarizədə ilk növbədə medianın potensialı nəzərə alınmalıdır. Medianın korrupsiyaya qarşı mübarizəsi o zaman effektli ola bilər ki, mətbuatın üzə çıxardığı faktlarla bağlı konkrert adımlar atılsın, lazımi tədbirlər görülsün: "Amma indiyə qədər bu sahədə də ürəkaçan bir mənzərənin şahidi olmamışıq. Demək olar ki, saytlarda, informasiya agentliklərində korrupsiya ilə əlaqədar hətta video çəklişlər olur ki, ona qarşı heç bir reaksiya verilmir. Əgər belə faktlarla bağlı müvafiq tədbirlər görülsə, həmin medianın özünün marağı olar ki, korrupsiya faktlarının aşkarlanmasında iştirak etsin. Digər bir məqam ondan ibarətdir ki, qanunvaricilikdə edilən əlavə və dəyişikliklərlə medianın araşdırma fəaliyyətinə müəyyən baryerlər qoyulub. Bu baryerlər foto və video çəkilişlər, dövlət məmurlarından içazələrin alınması və sair məsələlərlə bağlıdır. Əslində belə məhdudiyyətlər medianın əl-qolunu bağlamaq məqsədi güdür. Elə halda media üçün yeganə bir çıxış yolu qalır ki, dövlət qurumlarının özlərinin ortaya çıxardığı və hazır şəkildə təqdim etdiyi materialları cəmiyyətə təqdim etsin. Bu halda isə korrupsiyaya qarşı aparılan mübarizə arzuolunan nəticəni verə bilməz. Odur ki, korrupsiyaya qarşı mübarizədə medianın və vətəndaş cəmiyyətlərinin imkanlarından geniş istifadəyə ehtiyac var".
Nurlan