Bakıda “Qafqaz: tarix, çağdaş dövr, gələcək” adlı beynəlxalq konfrans keçiriləcək

Türkiyə Respublikasının Türk Tarix Qurumu və Strateji Düşüncə İnstitutunun birgə əməkdaşlığı və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun dəstəyi ilə Bakıda "Qafqaz: tarix, çağdaş dövr, gələcək" adlı beynəlxalq elmi konfrans keçiriləcək. Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, elmi konfransın açılışı 27 sentyabr, saat 10:00-da "Həyat Recensi" otelində olacaq. Beynəlxalq elmi konfransda Azərbaycan, Türkiyə, Rusiya və dünyanın digər ölkələrindən tanınmış mütəxəssislər iştirak edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31