Nazir Narkoloji Mərkəzə yeni baş həkim təyin etdi
26 Sentyabr 2018 12:26 SosialAzərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev Araz Manuçərini Respublika Narkoloji Mərkəzinə yeni baş həkim təyin edib.
Bu barədə Səhiyyə Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Unikal.org-a bildirib.
Xatırladaq ki, Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla əlaqədar mərkəzin direktoru Telman Məmmədhəsənov həbs olunub.
Qeyd edək ki, Araz Manuçəri 2 saylı Psixiatrik Kliniki Xəstəxananın baş həkimi olub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31